Müştərilərimizin müsbət rəyləri və təkrar müraciətləri xidmətimizin hər zaman yüksək səviyyəli olmasının ən yaxşı sübutudur. Bizə göstərdikləri etibara görə bütün müştərilərimizə təşəkkür edir, məkanınızı daha rahat etmək üçün daima yüksək motivasiya ilə çalışacağıq sözünü veririk.
Artemis Studio
Artemis Studio taxta emalı və mebel istehsalı üzrə ixtisaslaşmış, 15 ildən çox müddəti ?
Mebel sahəsində istehsalat bazamızın genişliyi və 15 ildən artıq təcrübəmiz mebel fantaziyalarınızın əksəriyyətinin peşəkar mütəxəssislərimiz və təcrübəli işçilərimiz tərəfindən reallaşdırılmasına imkan verir.
22/07/2021
Ekoloji təmiz materiallardan istifadə olunaraq istənilən rəngdə və otağınızın ölçulərinə uyğun istehsal olunan qarderob sistemlərimiz məkanınızda kompakt saxlamalar üçün rahat həll təklif edir.
Əlavə olaraq qarderob sistemlərimiz istəyə görə daxili işıqlandırma ilə də təchiz oluna bilir.
Bütün layihələrə individual və hər detala diqqətlə yanaşan Artemis Studio üçün hər layihə yeni bir dünya və təkrarolunmaz işdir.
14/07/2021
Sonsuz imkanlara sahib olan Artemis Studio, müasir dizaynı ilə seçilən, istənilən üslubda interyerə estetik gözəllik qatan dekorativ elementlərdən sənət əsəri yaradır.
13/07/2021
Minimalizm üslubunda olan mebel birmənalılığı və sadə həndəsi formların istifadəsini, dekor elementlərinin olmamasını bəyan edir. Sadə və zərif, həm erqonomik, həm də inanılmaz rahatdır.Bu dizaynın mühüm cəhəti hər bir elementin detallarının funksionallığıdır. Minimalizm üslubunda olan mebellər özünəməxsus gözəlliyi ilə fərqlənir və rahatlıq verir.
12/07/2021
Soyuq rəng tonları və detalları ilə zövq oxşayan mətbəx dəstimiz öz seçimlərində aktualdır.
06/07/2021
Müasir üslubda hazırlanmış bu proyektdə divar üzlüyü rənglənmiş şüşə ilə inkrustasiya olunmuş parketdən, gizli işıqdan hazırlanmış, sanitar qovşağında şfonlanmış və dekorativ parketdən istifadə olunmuş, pilləkənlər qara metalla konstruktiv rənglənmiş və detallarda fındıq ağacından istifadə olunaraq pillələr sendviç sistemində yığılmışdır. Əlavə olaraq, kabinetdə temperlənmiş şüşədən, gizli işıqdan istifadə olunmuş və dekorativ toxunuşlar edilmişdir.
Sizin də yeni layihə ideyalarınız var? Bizə yazın və sizə necə kömək edə biləcəyimiz barədə danışaq.
03/07/2021
Gümüşü dekorativ rəngləmədən istifadə edilərək hazırlanan qapı və mebel dəstinin gizli işıq və temperlənmiş şüşələrdən ibarət tavanlarla tamamlandığı layihəmiz.
Sizin də yeni layihə ideyalarınız var? Bizə yazın və sizə necə kömək edə biləcəyimiz barədə danışaq.
Şirkətimizin istehsal sahəsi ərazi etibarı ilə 4500 m2-dən çox ərazini əhatə edir. Burada istehsal prosesinin yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün hər bir şərait yaradılmışdır. Xarici ölkələrdən gətirilmiş texnoloji dəzgah və avadanlıqlar, xammal və hazır məhsulun saxlanması üçün anbarlar, xüsusi hazırlanmış rəngləmə otağı, personalın rahat fəaliyyəti üçün yeməkxana və soyunub-geyinmə otağı, yanğından muhafizə sistemi, 24 saat mühafizə və s. ilə təchiz olunmuşdur.
01/07/2021
Hal-hazırda fabrikimizdə 40 nəfərdən ibarət işçi heyət çalışır. Fəaliyyət göstərdiyimiz illər ərzində həm professionallığı həm də potensial imkanları baxımından peşakar işçi heyət formalaşmışdır ki, bu da öz növbəsində istehsal prosesinə, müəssisənin strateji hədəflərini reallaşdırmasına və yekun məhsulun keyfiyyətinin yüksək səviyyəyə çatdırılmasına müsbət təsir etmişdir. Buna baxmayaraq işçi heyətin peşəkarlıq səviyyəsinin artırılması, müəssisənin işinin daha da səmərəli qurulması istiqamətlərində mütamadi olaraq addımlar atılır.
Click here to claim your Sponsored Listing.
Location
Contact the business
Telephone
Website
Address
Baku
Opening Hours
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |
| Saturday | 09:00 - 18:00 |